Araz Abdullayev Rumıniya klubuna keçir
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını Rumıniyada davam etdirməyə yaxındır. O, "Astra" klubundan təklif alıb.

Yarımmüdafiəçi Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə səfər oyunundan sonra Rumıniyaya yollanacaq. Futbolçumuz birbaşa müqavilə bağlamağa çağırılıb. Amma onunla neçə illik müqavilə imzalanacağı bilinmir.

O da məlum olub ki, "Neftçi" Arazın bu transferinə görə heç bir gəlir əldə etməyəcək. Amma Rumıniya klubu gələcəkdə millimizin üzvünü başqa bir kluba satsa, bakılılar həmin transferdən öz faizini götürə biləcəklər.

Xəbər 734 dəfə oxundu.