İnter Sxinvali ilə oyundan imtina etdi
"İnter"in Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sentyabrın 1-də yerli "Sxinvali" ilə yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Paytaxt klubu bu matçdan imtina edib.

Buna "Samtredia" ilə ilk oyunda rəqib komandanın həddən artıq kobud oynaması səbəb olub. Belə ki, həmin oyunda Adrian Skarlatake ilə Mirsahib Abbasovun zədə alması baş məşqçi Zaur Svanadzenin növbəti sınaq matçından imtina etməsinə gətirib çıxarıb.

Xəbər 644 dəfə oxundu.