Millimiz son oyunda da rusları üstələdi
Rusiyanın qadınlardan ibarət otüstü hokkey yığması Bakıda təlim-məşq toplanışını başa vurub. İdman.com.az saytının məlumatına görə, şimal qonşularımız Azərbaycan seçməsi ilə son yoxlama oyununda 1:3 hesabıyla məğlubiyyətə uğrayıblar. Bu, rəqibin sayca 4-cü sınaq matçı olub. İlk görüşdə qonaqlar qalib gəlsə də (1:0), sonrakı 2 mübarizədə eyni nəticə ilə bizə uduzublar (2:4).

Xəbər 1018 dəfə oxundu.