Zərdabda sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
Avqustun 29-da Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun doğum günü münasibətilə uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, bölmənin idman zalında 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Sovet İttifaqı Qəhrəmanının doğum günü qeyd etmək və rayonda sərbəst güləş idman növünü inkişaf etdirmək olub.

Sonda Rəşad Həsənzadə (20 kq), Firudin Məmmədzadə (25 kq), Mehdi Həsənzadə (32 kq), Xanəli İsmayılov (38 kq), Məmməd Məmmədov (42 kq), Məhəmməd Osmanov (46 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 875 dəfə oxundu.