Azərbaycanlı FİFA hakimi növbəti beynəlxalq oyuna təyinat alıb
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

Ə.Ağayev sentyabrın 6-da Rusiya və Qana yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər.

Rusiya–Qana qarşılaşması Moskvadakı “Lokomotiv” stadionunda oynanılacaq.

Xəbər 712 dəfə oxundu.