Ramaldanovun komandası ev oyunundan qalib ayrıldı
Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.

Poti təmsilçisi doğma meydanda "Saburtalo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rasim qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Kolxeti" 4 turdan sonra 9 xalla yer aldığı "altılıq"da 2-ci pillədə qərarlaşıb.

Xəbər 630 dəfə oxundu.