Qəbələnin rəqibi mövsümə məğlubiyyətlə başladı
Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümə start verilib. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə Dortmund "Borussiya"sı ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

"Maynts"ın yeganə qolunu 90-cı dəqiqədə Yoşinori Muto vurub.

Xəbər 806 dəfə oxundu.