“Lokomotiv” də bizi sevindirə bilmədi
Fevralın 22-də qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu Çellenc kubokunda növbəti matça çıxıb. İdman.com.az saytının məlumatına görə, Draqutin Baltiçin rəhbərlik etdiyi kollektiv 1/4 final mərhələsinin ilk oyununda “Brno”nun qonağı olacaq.

Səfər matçı “Lokomotiv” üçün asan keçməyib. Görüşün taleyi tay-brekdə həll olunub. Həlledici məqamda daha yaxşı təsir bağışlayan “Brno” voleybolçuları matçı qələbə ilə bitiriblər.

Çellenc kuboku. Qadınlar
1/4 final mərhələsinin ilk oyunu
22 fevral

“Brno” (Çex Resp.) – “Lokomotiv” (Azərbaycan) - 3:2 (30:28, 16:25, 25:20, 20:25, 15:12)
Hakimlər: Cihad Firincioğlu (Türkiyə), Emmanouil Geoegiadis (Yunanıstan)
Brno, “Mestska” Voleybol Sarayı

Xəbər 968 dəfə oxundu.