“Qarabağ” Avroliqanın qrup mərhələsində ilk oyununu Bakıda keçirəcək
Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu Bakıda Çexiyanın “Slovan” klubu ilə keçirəcək.

“Qarabağ” “J” qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Çexiya) klubları ilə birgə yer alıb.

Oyunların təqvimi ilə tanış olun:

15 sentyabr – “Qarabağ”–“Slovan”

29 sentyabr – “Fiorentina”–“Qarabağ”

20 oktyabr – “Qarabağ”–PAOK

3 noyabr – PAOK–“Qarabağ”

24 noyabr – “Slovan”–“Qarabağ”

8 dekabr – “Qarabağ”–“Fiorentina”.

Qeyd edək ki, “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ardıcıl olaraq üçüncü dəfədir iştirak edir.

Xəbər 780 dəfə oxundu.