UEFA Çempionlar Liqası ilə bağlı qaydalarda dəyişiklik edib
UEFA Çempionlar Liqasında iştirak edən komandalarla bağlı yeni qərar qəbul edib.

2018-ci ildən reytinq siyahısının ilk dörd pilləsində qərarlaşan ölkələr Avropanın ən nüfuzlu klub turnirində dörd komanda ilə təmsil olunacaq. Üstəlik həmin komandalar birbaşa qrup mərhələsində iştirak edəcəklər. Tətbiq olunacaq yeni qaydalara əsasən, klublar topladıqları xallara görə dəyərləndiriləcək və bu zaman ölkə reytinqi nəzərə alınmayacaq. Həmin bu xallarda komandaların əvvəlki illərdə qazandığı kuboklar əlavə xal olaraq veriləcək.

Xatırladaq ki, hazırkı qaydalara əsasən Çempionlar Liqasının qrup mərhələsində reytinq siyahısının ilk üç pilləsində qərarlaşan ölkələrin üç komandasına iştirak hüququ verilir. Dördüncü komanda isə “pley-off” mərhələsində çıxış edir.

Xəbər 698 dəfə oxundu.