“Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib | |
“Qəbələ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunlarının təqvimi müəyyənləşib. “Qəbələ” “C” qrupunda Fransanın “Sent-Etyen”, Almaniyanın “Mayns” və Belçikanın “Anderlext” klubları ilə mübarizə aparacaq. Oyunların təqvimini təqdim edirik: 15 sentyabr - “Anderlext”–“Qəbələ” 29 sentyabr - “Qəbələ”–“Mayns” 20 oktyabr - “Sent-Etyen”–“Qəbələ” 3 noyabr - “Qəbələ”–“Sent-Etyen” 24 noyabr - “Qəbələ”–“Anderlext” 8 dekabr - “Mayns”–“Qəbələ”. Xatırladaq ki, “Qəbələ” pley-off mərhələsində “Maribor” (Sloveniya) komandası ilə görüşdən qalib ayrılıb (3:2). |
|
Xəbər 847 dəfə oxundu. |
|
|