Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib
Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Portuqaliya millisinin və İspaniyanın "Real" Madrid klubunun hücumçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib.

UEFA-ya üzv 54 ölkənin nümayəndələrinin və jurnalistlərin səsverməsindən sonra ulduz futbolçu Avropanın ən yaxşısı adına layiq görülüb.

Səsvermədən sonra Qaret Beyl (Uels, "Real") ikinci, Antuan Qrizman (Fransa, "Atletiko") isə üçüncü olub.

Xəbər 664 dəfə oxundu.