“Portu” titulunu itirdi
Avroliqada 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, yarışın son qalibi “Portu” İngiltərə səfərində darmadağınla üzləşib. Bu, Pireney təmsilçisinin kuboku təhvil verəcəyi ilə nəticələnib.
Hesab 20-ci saniyədə açılıb. “Mançester Siti”nin argentinalı legioneri fərqlənib. Fasilədən sonra Dumanlı Albion komandası daha 3 qol vurub.
Qeyd edək ki, bu mərhələnin qalan cavab matçları sabah keçiriləcək.

Avroliqa. 1/16 final mərhələsinin cavab oyunu
22 fevral

“Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya) - 4:0
Serxio Aquero, 1; Edin Dzeko, 76; David Silva, 84; David Pizarro, 86
İlk oyun – 2:1

Xəbər 913 dəfə oxundu.