Bizdən Natalya fərqləndi
Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) görüşünün ən yaxşı voleybolçusu məlum olub. İdman.com.az saytının məlumatına görə, qitənin 2 nəhəng klubunun qarşıdurmasından qəhrəman adını rəqib düşərgədən Yeon-Kounq Kim qazanıb. “Sarı-lacivərdlilər”in koreyalı legioneri komandasının hesabına 19 xal yazdırıb.

“Rabitə”nin heyətində Natalya Məmmədova bombardir olub. Hücumçumuzun 12 zərbəsi dəqiq olub. Digər voleybolçumuz Nataşa Osmokroviç və Sanya Staroviç hərəyə 11, Mira Qoluboviç 5, Dobriana Rabadjiyeva 2 və Nataşa Krsmanoviç 1 xal qazana bilib. Qeyd edək ki, “Rabitə” bu gün İstanbul təmsilçisinə 0:3 hesabı ilə uduzub.

Xəbər 1126 dəfə oxundu.