“Azərreyl” də ilk mübarizədə məyus oldu
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu, bu gün Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” səfərdə Kazan “Dinamo”sunun qonağı olublar. Təəssüf ki, görüş Faiq Qarayevin komandası üçün məğlubiyyətlə başa çatıb.

Düzdür, “Azərreyl” Tatarıstan paytaxtında Rusiya Super Liqasının cari mövsümünün vahid liderini büdrədə bilərdi. Lakin təmsilçimiz ilk setdə qazandığı qələbənin ardını gətirə bilməyib.
İndi “Rabitə” kimi, “Azərreyl”in də növbəti mərhələyə çıxmaq şansı tək cavab matçında qələbə ilə kifayət etmir. Klublarımız ardınca “qızıl set”də də üstün olmalıdırlar.

Çempionlar Liqası. Qadınlar
1/4 final mərhələsinin ilk oyunu
22 fevral

“Dinamo”K (Rusiya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)
Hakimlər: Yuraj Mokri (Slovakiya), Nikola Miçevski (Makedoniya)
Kazan, Sankt-Peterburq İdman Salonu

Xəbər 1193 dəfə oxundu.