Olimpiadanın tərəfdaşları məlum oldu
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətləri təqdim edib. 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bakı Şahmat Olimpiadasının tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edir.

Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.

Xəbər 747 dəfə oxundu.