Neftçi Qarabağla oyundan sonra istirahət edir
"Neftçi" Premyer Liqanın 3-cü turunda "Qarabağ"a 0:3 hesablı məğlubiyyətdən sonra istirahətə buraxılıb. İstirahət 3 gün davam edəcək.

Komanda sabah - avqustun 24-də bir araya gəlib hazırlığı bərpa edəcək.

"Ağ-qaralar" Premyer Liqada yaranmış fasilə müddətində bir yoxlama oyunu da keçirəcək. Amma rəqibin kim olacağı hələ bəlli deyil.

Xəbər 745 dəfə oxundu.