Şahmat Olimpiadalarının tarixi haqda film
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə təhsil proqramı çərçivəsində şagirdlər üçün silsilə tədbirlər həyata keçirib. Layihə çərçivəsində məktəblilərə şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilib.

Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilib.

Xəbər 775 dəfə oxundu.