“Rabitə” İstanbul klubu ilə bacarmadı
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 finalında ilk görüşlər keçirilib. İdman.com.az saytının məlumatına görə, son ölkə çempionu “Rabitə” evdə “Fənərbağça”nı qəbul edib. Klublararası dünya çempionumuzun 2 matçın nəticəsinə görə, “sarı-lacivərdlilər”i keçmək ehtimalı vardı.

Çünki adı çəkilən komandaların cari mövsümdə qrup mərhələsində görüşü 1:1 bitmişdi. Bu isə, “Rabitə”nin son dövrdə keçilməz rəqib sayılan “Fənərbağça”nı məğlub etmək yolunu tapdığına işarə edirdi. Amma Zoran Qayiçin komandası doğma divarlar arasında zəif təsir bağılşayıblar. İstanbul təmsilçisi hər 3 setdə üstün olub.

Çempionlar Liqası. Qadınlar
1/4 final mərhələsinin ilk oyunu
22 fevral

“Rabitə” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) – 0:3 (13:25, 24:26, 19:25)
Hakimlər: Ritvars Alksnis (Latviya), Euqen Kulhanek (Avstriya)
“Sərhədçi” Olimpiya Mərkəzi. 3000 tamaşaçı

Xəbər 1169 dəfə oxundu.