“Rio-2016”: Toğrul Əsgərov gümüş medala sahib olub - YENİLƏNİB
Sərbəst güləşçimiz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.

Toğrul Əsgərov yarımfinalda italiyalı Frank Markez Kazimoya 7-4 hesabı ilə qalib gələrək finala yüksəlib.

London Olimpiadasının qalibi Toğrul Əsgərov dörddəbir finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.

Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

Xəbər 1703 dəfə oxundu.