Şərif Şərifov komandamıza "Rio-2016"nın 14-cü medalını qazandırıb - YENİLƏNİB
Güləşçimiz Şərif Şərifov bürünc medal uğrunda görüşdə venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq “Rio-2016”nın mükafatçıları sırasında yer alıb.

Bununla da komandamızın hesabındakı medalların sayı 14-ə çatıb.

Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan güləşçisi Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevlə görüşəcək.

Şərif Şərifov 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Görüş təmsilçimizin xeyrinə, 7:0 hesabı ilə başa çatıb.

Güləşçimizin dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Yarımfinala gedən yolda güləşçimiz Polşa idmançısı Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq.

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.

Xəbər 1376 dəfə oxundu.