Marina Durunda Rioda final mərhələsinə yüksəldi
Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Avqustun 19-da bədii gimnastika yarışlarına start verilib.

Azərbaycanı Braziliyada təmsil edən gimnastımız Marina Durunda Olimpiadada debüt edir. Atletimiz çoxnövçülük yarışında mübarizəyə qoşulub. Avropa Oyunlarının gümüş medalçısı təsnifat mərhələsində finala vəsiqə qazanmağa çalışıb. Bunun üçün o, gürz, lent, top və həlqələrlə hərəkətlərdə maksimum xal toplamalı idi.

26 idmançının yerinə yetirdiyi 4 hərəkətin yekununda səkkiz finalçı müəyyənləşib. Durunda 4 hərəkətin cəmində 70.348 xal toplayaraq, ilk səkkizliyə düşüb və finalda iştirak hüququ qazanıb.

Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.



Xəbər 1423 dəfə oxundu.