“Rio-2016”: Azərbaycan güləşçisi Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB | |
Cəbrayıl Həsənov yarımfinalda Rusiya idmançısı Aniuar Geduyeva məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. Cəbrayıl Həsənovun yarımfinaldakı rəqibi müəyyənləşib. Finala gedən yolda güləşçimiz Rusiya idmançısı Aniuar Geduyev ilə üz-üzə gələcək. Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşviliyə qalib gələrək yarımfinala yüksəlib. Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşvili ilə üz-üzə gələcək. Daha bir sərbəst güləşçimiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat qat Avropa çempionumuz Cəbrayıl Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkierdo Mendesdən üstün olub. |
|
Xəbər 1098 dəfə oxundu. |
|
|