On beş yaşlı çinli “Rio-2016”da Olimpiya çempionu olub
On beş yaşlı çinli idmançı Jen Tsyan “Rio-2016” Olimpiya Oyunlarında 10 metr hündürlükdən suya tullanma yarışlarında qızıl medal qazanıb.

Çinli idmançı finalda 439,25 balla fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gümüş medala onun komanda yoldaşı 17 yaşlı Sı Yatsze sahib olub. Kanada idmançısı Meqan Banfeto isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Çin idmançıları “Rio-2016”da suya tullanma üzrə 7 dəst medaldan 6-da qalib olublar.

Xəbər 766 dəfə oxundu.