Karateçilərimiz beynəlxalq turnirdə yarışacaqlar
Milli komandanın üzvləri böyük heyətlə İranın Urmiya şəhərində keçiriləcək beynəlxalq turnirə yollanıblar.

İdmançılardan başqa beynəlxalq hakimlərimiz də XII dostluq və həmrəylik turnirində təmsil olunacaqlar. Ümumi mükafat fondu 60 min dollar olan Urmiya-Open turnirində 15 ölkədən 320-dək karateçi mübarizə aparacaq.

Ənənəvi beynəlxalq turnirin ardından əsas milli komandanın üzvləri beynəlxalq təlim-məşqlərə qatılacaqlar.

Xəbər 685 dəfə oxundu.