Bakı Şahmat Olimpiadasının açılış mərasiminə hazırlıq davam edir
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı “Amapola Exclusive Events” şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Əməkdar artist Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19.00-da başlayacaq.

Xəbər 753 dəfə oxundu.