Olimpiya məşəlinin baş məşqi keçiriləcək
London Yay Olimpiya Oyunlarının Təşiklat Komitəsi (LOCOG) məşəlin daşınması ilə bağlı baş məşqin proqramını tərtib edib. İdman.com.az saytının məlumatına görə, proses Leysterdən peterboroya qədər davam edəcək. Bu zaman təşkilatçılar heyət, onun hazırlığı, bütün prosedur qaydalarını, təhlükəsizlik məsələlərini sınaqdan çıxaracaq, , marşrut boyu mümkün çatışmazlıqları aradan qaldırmaq yollarını öyrənəcəklər. Komitənin sədri Sebastyan Kou deyir ki, tədbirdə 100 nəfər iştirak edəcək. Baş məşqdə Kral Korlar, Lafboro kollejləri, Leyster, Monfor, Lafboro və Nortfhempton universitetlərinin şagird və tələbələri iştirak edəcəklər.

Xəbər 1130 dəfə oxundu.