Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin hərəsi ayda iki milyon manat məbləğində xüsusi olimpiya təqaüdləri təsis edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən olunur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il.

Xəbər 1137 dəfə oxundu.