Kamran Şahsuvarlı: Nəticəmdən razıyam - MÜSAHİBƏ
Rio rinqində ilk medal qazanan idmançımız Kamran Şahsuvarlı yarımfinal döyüşündən dərhal sonra öz fikirlərini “İdman” qəzeti ilə bölüşdü:

- Əslində, hər birimiz gördük ki, rəqib çox güclü idi. Mübarizə də həqiqətən gərgin keçdi. Özün nə hiss etdin?

- Həqiqətən də indiki dövrdə mənim çəkimdə ən güclü boksçu o sayılır. Məndə bir az alınmadı. Mən ona istədiyim kimi yaxınlaşa bilmirdim. Ona görə zərbələri keçirdi.

- Əvvəldən rəqibi öyrənmişdin?

- Bəli.

- Onun taktikalarını yəqin öyrənmişdin. Onu öyrənən zaman sən müdafiəyə üstünlük verirdin, yoxsa hücuma?

- Birinci müdafiə olunmalısan ki, zərbə almayasan. Əsas müdafiəyə fikir verirdim.

- Hakim sonda rəqibin əlini qaldırana qədər yəqin ümidin var idi qalib olarsan. Çünki döyüş rəqibin tam üstünlüyü ilə keçmirdi, bərabər səviyyədə keçirdi. Axıra qədər inanırdın qalib ola bilərsən?

- Döyüşə çıxana qədər, hətta birinci raundun sonuna qədər inanırdım, ancaq sonra məşqçılər deyəndə ki uduzursan, onda bir az inamım azaldı.

- Bəlkə məşqçilərin deməsinə görə inamın itdi.

- Yox. Onu onsuz da həmişə raundlardan sonra deyirlər udursan, ya uduzursan. Uduzursansa bir az çox işləyirsən. Ona görə də üçüncü raundda daha çox işlədim.

- Boks komandamızda ilk medal qazanan sənsən. Sabahsa Lorenso Sotomayor rinqə çıxır. Sən onun döyüşü barədə nə fikirləşirsən.

- Lorensoya uğurlar arzulayıram. Mən üçüncü yer tutmuşamsa, o, birinci yeri tutmalıdır.

- Lisenziyanı son anda qazanan və bürünc medal qazanan Kamran Şahsuvarlı öz nəticəsindən razıdırmı?

Bəli razıyam.

Söhbətləşdi: Qabil Mehdiyev

Rio de Janeyro

Xəbər 2207 dəfə oxundu.