Nataliya Sinişin "Rio-2016"da bürünc medala sahib olub - YENİLƏNİB
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.

Bürünc medala gedən yolda güləşçimiz Nataliya Sinişin (53 kq) seneqallı İzabelle Sambu ilə üz-üzə gəlib.

Yarışı fəal keçirən güləşçimiz 4:0 hesablı qələbə ilə "bürünc"ə bir addım da yaxınlaşıb.

Azərbaycan güləşçisi Nataliya Sinişin bürünc medal uğrunda görüşdə- vensuellalı Ancelika Arquellonu 2:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.



Xəbər 594 dəfə oxundu.