Mariya Stadnik “Rio-2016”da gümüş medal qazanıb - YENİLƏNİB
XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlməklə həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz sona 3 saniyə qalmış məğlub olaraq "Rio-2016"nın gümüş medalı ilə kifayətlənib.

Mariya Stadnik yarımfinal mərhələsində bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq (6:0) XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Mariya Stadnik XXXI Yay Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb.

Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb.

Fotolar Dilavər Necefovundur

Xəbər 734 dəfə oxundu.