Santiyaqo Lange - “Rio-2016”nın ən qocaman çempionu
Braziliyanın ev sahibliyi etdiyi XXXI Yay Olimpiya Oyunlarının ən yaşlı qızıl medalçısı müəyyənləşib.

Bu ada argentinalı Santiyaqo Lange sahib çıxıb. Əlli dörd yaşlı idmançı cütlüklərin yelkən yarışında Sesilia Karranza ilə birinci olub.

Qeyd edək ki, argentinalı atlet xəstəlikdən əziyyət çəkir. Ona ötən il ağciyər xərçəngi diaqnozu qoyulub.

Xəbər 734 dəfə oxundu.