Rio-2016: İnna Osipenko-Radomskaya finala yüksəldi - YENİLƏNİB
Kayakçımız İnna Osipenko-Radomskayanın yarımfinalda da uğurla çıxış edib. Məsafəni 39.803 dəqiqəyə qət edən idmançımız öz qrupunda yenidən birinci olaraq finala adlayıb.

Kayakçımız İnna Osipenko-Radomskayanın yarımfinaldakı rəqibləri müəyyənləşib. Finala vəsiqə uğrunda idmançımız argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışacaq.

“Rio-2016” Yay Olimpiya Oyunlarında kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.

İdmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.

Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci olaraq yarımfinala yüksəlib.

Xəbər 921 dəfə oxundu.