Lorenso Sotomayor: Azərbaycana medalla dönmək istəyirəm
Olimpiya rinqində 64 kq-dək çəki dərəcəsində ikinci görüşünü keçirən boksçu Lorenso Sotomayor Kollaso fransalı Həsən Amzili məğlub edərək, daha bir qələbə ilə medalın bir addımlığına yaxınlaşdı. Görüşdən sonra tədbirdəkiləri qəbul edən Sotomayor gələcəyə nikbinliklə baxır: «Çempion olmaq üçün bütün qüvvəmi əsirgəməyəcəyəm. Buradan Azərbaycana medalla dönmək istəyirəm. İnşallah, istəyimə nail olacağam. Özümü gündən-günə daha da yaxşı və güclü hiss edirəm. Hazırlığım da əladır»

Xəbər 1163 dəfə oxundu.