Rövşən Bayramov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq YENİLƏNİB
Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb. R.Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.

Rövşən Bayramovun yarımfinaldakı rəqibi Şinobu Ota (Yaponiya) olacaq.

Güləşçimiz Rövşən Bayramov ikinci görüşündən də qələbə ilə ayrılıb. Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Güləşçimiz Rövşən Bayramovun 1/4 final mərhələsindəki rəqibi məlum olub. Rövşən Bayramov bu mərhələdə Xese David Telke (ABŞ) ilə qarşılaşacaq.

“Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.

Turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb. R.Bayramov rəqibini məğlub edərək dörddəbir final mərhələsinə adlayıb.

Xəbər 757 dəfə oxundu.