Güləşçimiz Elvin Mürsəliyev “Rio-2016”da mübarizəni dayandırıb
E.Mürsəliyev 1/4 final mərhələsində rəqibi dünya və Avropa çempionu Peter Başçiyə (Macarıstan) məğlub olaraq “Rio-2016”da mübarizəni dayandırıb.

Güləşçimiz Elvin Mürsəliyev növbəti qələbəsini qazanıb. Döşək üzərinə çıxan Elvin Mürsəliyev 1/8 final mərhələsində Qazaxıstan idmançısı Doshan Kartıkovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala adlayıb.

Güləşçimiz Elvin Mürsəliyevin növbəti mərhələdəki rəqibi müəyyənləşib. Elvin Mürsəliyev səkkizdəbir finalda Doshan Kartıkov (Qazaxıstan) ilə qarşılaşacaq.

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının doqquzuncu günündə - avqustun 14-də yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Elvin Mürsəliyevin çıxışı uğurlu olub.

Turnirdə 75 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Azərbaycan təmsilçisi, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elvin Mürsəliyev səkkizdəbir final mərhələsinə yüksəlib.

Xəbər 1160 dəfə oxundu.