“Kəpəz”– AZAL görüşündə hesab açılmayıb
Avqustun 13-də futbol üzrə Topaz Premyer Liqasının ikinci turu çərçivəsində daha bir matç oynanılıb.

Günün tək qarşılaşması Gəncədə keçirilib.

Mövsümə uğursuz start verərək son iki sırada qərarlaşan “Kəpəz” və AZAL komandaları üz-üzə gəlib.

Avropa Liqasında uğursuz çıxışdan sonra çempionata da məğlubiyyətlə start verən Şahin Diniyevin yetirmələri ilk qələbəsini qazanmağa çalışsa da, paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib – 0:0.

İlk turda “Neftçi” ilə oyunda istədiyi nəticəni əldə edə bilməyən AZAL isə çətin səfərdən bir xalla dönmək vəzifəsinin öhdəsindən gəlib.

Sabah tura “Neftçi – “Zirə” oyunu ilə yekun vurulacaq.

Xəbər 718 dəfə oxundu.