Şahin Diniyev: Havanın isti olması oyunun sürətinə təsir edəcək
Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” – AZAL oyunundan öncə “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına matçla bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib:

“Yenidən Gəncəyə dönməyimizə şadıq. Bilirik ki, bizi burada səbrsizliklə çoxsaylı azarkeş ordusu gözləyir. Onları mövsüm boyu yaxşı oyun və qələbələrlə sevindirməyə səy göstərəcəyik. İlk ev oyununda bizə asan olmayacaq. AZAL ilk turdan necə rəqib olduğunu göstərdi. Rəqibimiz də səfər oyununa uğur qazanmaq üçün gəlib. Sabah biz mütləq qələbə qazanmağa çalışacağıq. Futbolçular məsuliyyəti anlayırlar. Mənə elə gəlir ki, havanın isti olması oyunun sürətinə təsir edəcək. Amma düşünürəm ki, bu yaxşı oyun göstərmək üçün səbəb olmamalıdır. Bizim ən yaralı yerimiz ön xətdir. Hücumda çıxış edən futbolçular zamanla bir-birilərinə uyğunlaşacaqlar”.

Xəbər 655 dəfə oxundu.