İranlı ağır atlet dünya rekordunu yeniləməklə “Rio-2016”nın qızıl medalını qazanıb
“Rio-2016” Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarının kişilər arasında 85 kiloqram çəki dərəcəsində iranlı Kianoş Rostami qızıl medal qazanıb.

K.Rostami 396 kiloqram (birdənqaldırma–179 kq, təkanla qaldırma-217 kq) nəticə ilə dünya rekordunu yeniləyib.

Yarışda Çin təmsilçisi Tao Tian iki hərəkətin cəmində 395 kiloqramlıq nəticə göstərməklə “Rio-2016”nın gümüş, rumıniyalı Qabriyel Sinkrain isə 390 kiloqram qaldıraraq bürünc medalına yiyələnib.

Xəbər 902 dəfə oxundu.