Koreyalı oxatan XXXI Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb
Koreya Respublikasından olan kamandan oxatan Çan Xe Cin XXXI Yay Olimpiya Oyunlarında qadınların şəxsi yarışlarında qızıl medal qazanıb.

Final qarşılaşmasında Almaniya idmançısı Liza Unruxa 6:2 hesabı ilə qalib gələn koreyalı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bürünc medala isə digər koreyalı idmançı Ki Bo Be sahib olub.

Qeyd edək ki, bu, Çan Xe Cinin “Rio-2016”da ikinci qızıl medalıdır. Belə ki, idmançı bir neçə gün əvvəl Koreya Respublikasının millisinin heyətində komanda yarışlarında da birinci olmuşdu.

Xəbər 714 dəfə oxundu.