Azərbaycanın U-17 millisi beynəlxalq turniri 5-ci pillədə başa vurub
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxışını başa vurub.

Futbolçularımız 5-ci yer uğrunda oyunda Qırğızıstan yığması ilə qarşılaşıblar.

Xaqani Sadıqov və Kamran Quliyevin vurduğu qollar sayəsində yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər 686 dəfə oxundu.