Yunan-Roma güləşçilərimizin Olimpiada öncəsi son təlim-məşq prosesi
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 14-16 avqust tarixlərində baş tutacaq.

Yunan-Roma güləşçilərimiz baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edəcək. Heyətdə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yer alıb.

Proqrama əsasən, güləş yarışlarının ilk günündə 59 və 75 kq, avqustun 15-də 85 və 130 kq, 16 avqustda isə 66 və 98 kq çəkidə idmançılar mübarizə aparacaq.

Xəbər 837 dəfə oxundu.