Neftçidə Zirə ilə oyun öncəsi ciddi itkilər
"Neftçi" Premyer Liqanın 2-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyuna ciddi itkilərlə çıxacaq. Paytaxt klubunun üzvlərindən Vançe Şikovla Elşən Abdullayev zirəlilərə qarşı oynaya bilməyəcəklər.

Onların hər ikisi zədəlidir. Böyük ehtimalla eyni səbəbdən Araz Abdullayev də qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, "Neftçi" - "Zirə" görüşü avqustun 14-də Masazırda "Əlincə Arena"da keçiriləcək.

Xəbər 695 dəfə oxundu.