Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Elmar Qasımov finalda çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Bu Azərbaycan yığma komandasının “Rio-2016”da ikinci gümüş medalıdır.

Elmar Qasımov ukraynalı rəqibi Artem Bloşenko ilə görüşdən qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. E.Qasımov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.

Elmar Qasımovun yarımfinal mərhələsindəki rəqibi Ukrayna idmançısı Artem Bloşenko olacaq. Görüş Bakı vaxtı ilə saat 23:10-da başlanacaq.

Elmar dörddəbir finalda Misir təmsilçisi Ramadan Dərvişi ippon fəndi ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Elmar Qasımov növbəti qələbəsini qazanıb. O, səkkizdəbir final mərhələsində Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək dörddəbir finala adlayıb.

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.
Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.

Fotolar Dilavər Nəcəfovundur

Xəbər 1301 dəfə oxundu.