Mpenza xoşbəxtliyi nədə tapdı? | |
“Neftçi” klubunun futbolçusu Emil Mpenza yenidən Belçika mətbuatının gündəminə düşüb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin transferə çıxardığı 34 yaşlı hücumçu özü üçün şad olan xəbəri həmkarlarımızla bölüşüb. Lakin o, yeni klub tapmağından yox, şəxsi sevincindən bəhs edib: “Neçə vaxtdır ki, belçikalı xanımla münasibətlərim var. İndi biz uşaq gözləyirik. Körpəmiz mayda dünyaya gəlməlidir. Mən ikinci dəfə ata oluram”. Qeyd edək ki, Mpenzanın sevgilisi Belçikada yetərincə tanınan Şana Bendir. |
|
Xəbər 935 dəfə oxundu. |
|
|