Rövnəq Abdullayev cüdo yarışlarını izlədi
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.

Bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.

Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.

Xəbər 714 dəfə oxundu.