Çin qadın atleti “Rio-2016”da dünya rekorduna imza atıb
Çinin qadın ağır atleti Den Vey 63 kiloqram çəki dərəcəsində Olimpiya birincisi olub.
“Rio-2016”da qızıl medala sahib çıxan qadın idmançı iki cəhddə 262 (115-147) kiloqram ağırlığın öhdəsindən gəlib. Bu isə mütləq dünya rekordu deməkdir.

Eyni çəki üzrə iki cəhddə 248 (105-143) kiloqram qaldırmaqla Koreya Respublikasının təmsilçisi Çxo Xe Sim ikinci, Qazaxıstan ağır atleti Karina Qoriçeva isə (243, 111-132) üçüncü olub.

Xəbər 832 dəfə oxundu.