Məmmədəli Mehdiyev mübarizəni dayandırdı

Rio-de-Janeyorda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk qələbəsini qazanıb.

Cüdoçumuz rusiyalı Kirill Denisovu məğlub edərək növbəti mərhələyə adlayıb.

Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Səkkizdəbir final mərhələsində M.Mehdiyev Braziliya təmsilçisi Tiaqo Kamilo ilə qarşılaşacaq.

Cüdoçumuz "Rio-2016"da ikinci qələbəsini qazanıb. Səkkizdəbir final mərhələsində Braziliya təmsilçisi, dünya çempionu Tiaqo Kamiloya qalib gələn idmançımız növbəti mərhələdə Koreya Respublikasından olan cüdoçu Donqan Qvak ilə üz-üzə gələcək.

Məmmədəli Mehdiyev dörddəbir finalda Koreya Respublikasından olan cüdoçu Donqan Qvaka məğlub olub. Buna baxmayaraq cüdoçumuz təsəlliverici görüşə qatılıb. Lakin Monqolustan idmançısı Otqonbaatar Lxaqvasurenə də məğlub olan Məmmədəli mübarizəni başa vurub.

Xəbər 764 dəfə oxundu.