Azərbaycanlı futbolçu PSV-yə qol vurdu
Hollandiya birinci divizionunda yeni mövsümə start verilib. Azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Booş" klubu da ilk oyununu keçirib.

Sözügedən komanda səfərdə PSV-2 ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 4:5.

Əzizov da bu matçın iştrakçısı olub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən 17 yaşlı oyunçu bu görüşdə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. 22-ci dəqiqədə meydana çıxan Əzizov 45-ci dəqiqədə 0:4 hesabı ilə geridə olan komandasının 1-ci hissədəki yeganə qoluna imza atıb. Ardınca o, “Den Boş”un 2-ci və 4-cü qollarının da məhsuldar ötürməsini verib. Amma onun bu fəallığı komandasını məğlubiyyətdən xilas etməyib.

Qeyd edək ki, Əzizov Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.

Xəbər 794 dəfə oxundu.