"Rio-2016" Yay Olimpiya Oyunlarının beşinci günündə daha 20 dəst medal sahibini tapacaq
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə - avqustun 10-da idmançılar 20 dəst medal uğrunda yarışacaqlar.

Kişilər arasında 12, qadınların mübarizəsində isə 8 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində velosiped idmanı (şose), akademik avarçəkmə (4 nəfərlik qayıqla), 50 metr məsafəyə tapançadan atəşaçma, suya tullanma (3 metr hündürlükdən sinxron tullanma), dabl-trap üzrə atıcılıq, avarçəkmə (slalom), idman gimnastikası (fərdi çoxnövçülük), cüdo (90 kq), ağır atletika (77 kq), qılıncoynatma (sablya), 200 metr məsafəyə brass və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə velosiped idmanı (şose), akademik avarçəkmə (4 nəfərlik qayıqla), ağır atletika (69 kq), cüdo (70 kq), qılıncoynatma (rapira), stolüstü tennis, 200 metr məsafəyə batterflay və 200 metr məsafəyə sərbəst üsulla estafet üzgüçülüyü üzrə yarışlarda medallar sahibini tapacaq.

Xəbər 660 dəfə oxundu.